image-970_50
image-f2846191-d665-3da5-9810-575630f4a94a_850

FHN inşaat şirkətlərinə xəbərdarlıq edib

image-suni_mayalanma_qiymeti

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin edilməsi istiqamətində üzərinə düşən vəzifələrinin icrasını davam etdirir.

Bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, bu çərçivədə agentliyin mütəxəssisləri tərəfindən son zamanlar aparılan monitorinqlər zamanı ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən tikinti sahəsində qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması, o cümlədən tikintisinə müvafiq qaydada icazə alınmadan və ya verilmiş icazənin tələblərinə əməl olunmadan, torpağın təyinatına uyğun gəlməyən tikinti işlərinin aparılması, müvafiq qaydada razılaşdırmadan bina və qurğuların konstruktiv (yükdaşıyan) elementlərində dəyişikliklərin edilməsi faktları aşkar olunur və bu da insan həyatı və sağlamlığına təhlükə törətməklə yolverilməzdir.

“Qeyd olunanları nəzərə alaraq, tikinti fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə müraciət edərək vətəndaşlarımızın təhlükəsizliyinin və sağlamlığının təmin edilməsi məqsədilə qüvvədə olan qanunvericiliyin tələblərinə riayət etməyə və pozuntulara yol verməməyə çağırırıq”, – məlumatda qeyd olunub.

image-rek-qanunla-az

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki