image-qanunla-reklam
image-fotojet-2021-10-05t192339-378

Finlandiyada təhsil alan soydaşımız “Azərbaycan həftəsi” təşkil edib – FOTO

image-lady-day-az

Finlandiyanın Tampere şəhərində magistr təhsili alan soydaşımız, gənc fəal Şəfiqə Qasımzadə Turku şəhərində çalışdığı Ankkalampi – Ankdammen şirkətinın hazırlıq qrupunda “Azərbaycan həftəsi” təşkil edib.

Finlandiya Azərbaycanlıları Assosiasiyasından verilən məlumata görə, ingilis dilindən fin uşaqlarına dərs deyən gənc soydaşımız həftənin 5 günü ərzində Vətənimiz barədə geniş təqdimatla çıxış edib. Təqdimat zamanı Azərbaycanın coğrafi mövqeyi, dövlət atributları, paytaxtı, şəhərləri və kəndləri, zəngin mədəniyyəti, milli mətbəxi və s. barədə ətraflı məlumat verilib, ölkəmizin gözəl və füsunkar təbiəti, Bakının görməli yerləri nümayiş etdirilib.

Əyani dərs zamanı uşaqlara üçrəngli bayrağımızın tərtib edilməsi, “Cücələrim” mahnısını və “Yallı” rəqsini ifa etmək, “Şamaxı mütəkkəsi”ni hazırlamaq öyrədilib.

“Təqdimat zamanı uşaqların Azərbaycanın şəkillərinə və videolarına baxaraq, fin dilində bir-birinə “Ora getmək istəyirəm” deməsi məni çox sevindirdi. Artıq dərs otağımızda 17 Azərbaycan bayrağı  asılıb. Ən maraqlısı isə uşaqlardan çox müəllimlərin və valideynlərin marağı idi”, – deyə gənc soydaşımız təəssüratlarını bölüşüb.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki