“Ford Motors” əyləc sistemində yaranan problemə görə ABŞ-da 1,2 milyondan çox avtomobilini geri çağırıb.
“Unikal” xəbər verir ki, şirkətdən verilən açıqlamaya görə, xəta təmənnasız olaraq aradan qaldırılacaq.
ABŞ Milli Yol Təhlükəsizliyi İdarəsi 2013-2018-ci illər arasında ABŞ-da istehsal edilmiş 1,2 milyon “Ford Fusion” və “Lincoln MTZ” model avtomobilin hidravlik maye sızması riski səbəbilə geri göndərildiyini açıqlayıb.
Məlumata görə, problem aradan qaldırılmasa, idarəetmə zamanı qəza baş verə bilər.