“Ford”un bazar dəyəri şirkət tarixində ilk dəfə olaraq 100 milyard dolları ötüb.
Qanunla.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
“Ford”un səhmləri 2021-ci ildə iki dəfədən çox dəyər qazanıb, dünən isə səhmləri 3,7% artıb.
“Ford”un ən yaxın rəqibi “General Motors”un isə bazar dəyəri 88.61 milyard dollar olub.
Qeyd edək ki, ABŞ avtokonsernləri arasında siyahıya 1 trilyon dollarlıq bazar dəyəri ilə “Tesla” liderlik edir.