Fransanın “Nitsa” klubu ötən mövsümü “Atalanta”da keçirən yarımmüdafiəçi Ceremi Boqanın transferini başa çatdırıb.
“Qanunla.az” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Futbolçunun əmək müqaviləsinin müddəti və maaşı barədə təsdiqlənmiş məlumat yoxdur.
İnsayder Canluka Di Marsionun sözlərinə görə, transferin ümumi məbləği 18 milyon avro olub.
Boqa ötən mövsüm liqada 23 oyun keçirib, 2 qol vurub və 5 məhsuldar ötürmə edib.