Fransannı cənubundakı Bouçes-du-Ron əyalətinin Aureille və Eyguieres şəhərləri arasında başlayan yanğında indiyədək 125 hektardan çox yaşıllıq sahəsi yanıb.
“Qanunla.az” Fransa KİV-lərinə istinadən xəbər verir ki, saatda 90 kilometr sürətlə əsən külək səbəbindən yanğının söndürülməsini çətinləşdirir.
600 yanğınsöndürən, 160 texnika, o cümlədən 11 yanğınsöndürən təyyarə və 4 helikopter alovla mübarizə aparır.
Qeyd olunub ki, Fransada yeni ildən bəri müxtəlif yanğınlarda 60 min hektardan çox yaşıllıq sahəsi külə dönüb.