image-970_50
image-fransa-tedbir

Fransada Şuşa tədbiri

image-728_90

Fransanın paytaxtı Parisdə Şuşanın azad olunmasının ildönümünə həsr edilmiş tədbir keçirilib.

Qanunla.Az  Report-a istinadən xəbər verir ki, tədbir Azərbaycanın bu ölkədəki Səfirliyinin təşkilatçılığı ilə Parisin mərkəzi inzibati ərazilərindən olan 8-ci rayonda baş tutub. Tədbirdə Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, respublikamızın YUNESKO-dakı daimi nümayəndəsi Elman Abdullayev, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, incəsənər adamları və digər şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən Rəhman Mustafayev Azərbaycanın mədəniyyət paytaxtı, ölkəmizin musiqi beşiyi olan Şuşanın xalqımız üçün dəyərindən danışıb, onun azad olunmasının beynəlxalq hüququn bərpa olunması, haqq-ədalətin öz yerini tapması kimi rəmzi mənaları haqqında qonaqlara məlumat verib. Səfir Şuşanın azad olunması yolunda canını fəda vermiş igid əsgərlərimizin xatirəsini dərin ehtiramla yad edib.

R.Mustafayev münaqişədən sonrakı mərhələdə sülhün yaradılmasının vacibliyinə toxunub. Azərbaycanın sülh naminə, bundan sonra tarixdə olduğu kimi Qarabağda müxtəlif millətlərin, o cümlədən azərbaycanlıların, kürdlərin, yəhudilərin, rusların və digər xalqların sülh şəraitində birgə yaşaya bilmələri naminə səylərini bundan sonra daha da artıracağını bildirib.

Tədbir azərbaycanlı pianoçu, bəstəkar, cazmen İsfar Sarabskinin ifasında caz musiqisindən ibarət konsert proqramı ilə davam edib. Azərbaycanlı caz ustasını Maurizio Congiu, Saşa Maşin müşayiət ediblər.

image-rek-qanunla-az

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki