image-qanunla-reklam
image-fuzuli-hava

Füzuli aeroportu erməniləri şoka saldı – Mixaylov

image-lady-day-az

Azərbaycanın azad edilmiş ərazilərin inkişafına nə qədər vəsait yatırması və hansı templərlə iş aparması İrəvanda çaşqınlıq yaradır. Erməni KİV və bloqlarına nəzər salsaq görərik ki, erməni xalqı Azərbaycana həsəd aparır. Füzulidə beynəlxalq hava limanının praktiki olaraq bir neçə ay ərzində tikilib təhvil verilməsi isə ermənilərə açıq-aydın şok effekti yaşatdı. Orada yük və sərnişinlərlə dolu iri təyyarələr artıq enişlər edib və mən bunu Azərbaycanın daha bir böyük qələbəsi adlandırardım.

Qanunla.Az  xəbər verir ki, bu sözləri rusiyalı politoloq, millətlərarası münaqişələr üzrə mütəxəssis Yevgeni Mixaylov deyib.

Onun sözlərinə görə, bu gün Ermənistan üçtərəfli bəyanatın müddəalarının gerçəkləşdirilməməsində günahkardır.

“Əgər Ermənistan xaos ərazisi deyil, dövlət kimi qalmaq, iqtisadiyyatını bərpa etmək istəyirsə, imzalanmış razılaşmalara riayət etməli, sərhədlərin delimitasiyası və demarkasiyasını aparmalı və bundan sonra sülh müqaviləsini imzalamalıdır. İrəvanın başqa yolu yoxdur. Yoxsa onlar hələ Azərbaycana həsədlə çox baxacaqlar”, – ekspert qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki