image-qanunla-reklam
image-qazel

Füzulidə ağır yol qəzası: 2 ölü, 6 yaralı

image-lady-day-az

Füzulidə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Qanunla.Az-a verilən məlumata görə, rayonun Qayıdış-1 qəsəbəsi ərazisində Böyük Bəhmənli kənd sakini Asim Hüseynovun idarə etdiyi “QAZel”, Beyləqan rayon sakinləri C.Camalovun idarə etdiyi VAZ-21154 və V.Süleymanovun idarə etdiyi “Mersedes” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində A.Hüseynov və sərnişini Səxavət Səfixanov hadisə yerində ölüb, digər sürücülər və 4 sərnişin xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Füzuli Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki