Füzuli rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin 1 otağının yanar konstruksiyaları və dam örtüyü 30 m² sahədə yanıb.
Qanunla.Az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.