image-970_50
image-mina-3

Füzulidə minaya düşən iki nəfərdən biri öldü

image-728_90

Bu gün Füzuli rayonunun nəzarət postlarından kənar qanunsuz yollarla rayonun işğaldan azad edilmiş Aşağı Əbdürəhmanlı kəndi istiqamətində piyada hərəkət edərkən minalanmış ərazidə piyada əleyhinə minaya düşərək ağır bədən xəsarətləri alan şəxslərdən biri ölüb.

Qanunla.Az xəbər verir ki, bu barədə Oxu.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məlumat verib.

Onun sözlərinə görə, polis və Daxili Qoşunların əməkdaşları öz həyatlarını təhlükəyə ataraq hər tərəfi minalanmış əraziyə daxil olaraq həmin iki vətəndaşın minaya düşdüyü əraziyə gediblər. Bu zaman Nuru Nuriyevin artıq həlak olduğunu müəyyənləşib. Onun meyiti ərazidən çıxarılıb. Minaya düşən Elnur Həşimov hər iki ayağını itirib. Polislər onu ərazidən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Qeyd edilib ki, bu gün minaya düşərək həyatını itirən Nuru Nuriyev hələ fevral ayında işğaldan azad olunmuş əraziyə keçməyə cəhd göstərərkən polis əməkdaşları tərəfindən saxlanılıb və inzibati qaydada 30 sutka həbs olunub.

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki