Dünyanın 20 aparıcı iqtisadiyyatının liderləri bu gün və sabah İtaliyanın ev sahibliyi ilə Romada bir araya gələcək. İtaliyanın sədrlik eydiyi təşkilatın liderləri 2008-ci ildən bəri 16-cı sammit üçün COVID-19 epidemiyası səbəbiylə iki illik fasilədən sonra ilk dəfə üz-üzə görüşəcək.
Qanunla.Az xəbər verir ki, G20 sammitinə Türkiyə, İtaliya, ABŞ, İngiltərə, Rusiya, Yaponiya, Kanada, Almaniya, Fransa, Avstraliya, Braziliya, Argentina, Hindistan, Çin, İndoneziya, Meksika, Səudiyyə Ərəbistanı, Cənubi Afrika, Cənubi Koreya və Avropa İttifaqı, habelə Beynəlxalq Valyuta Fond (BVF), Dünya Bankı, Maliyyə Sabitliyi Şurası (FSB), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Ümumdünya Ticarət Təşkilatı, Beynəlxalq Əmək Təşkilatı və Birləşmiş Millətlər Təşkilatı kimi beynəlxalq təşkilatların rəhbərləri və nümayəndələri qatılacaq.
Bundan əlavə, İspaniya G20 sammitlərində mütəmadi olaraq “daimi qonaq ölkə” statusunda iştirak etdiyi halda, İtaliya sədr səlahiyyətindən istifadə edərək Azərbaycan, Konqo Demokratik Respublikası, Ruanda, Filippin, Yeni Zelandiya, Hollandiya və Sinqapuru müddətli ölkə olaraq sammitə dəvət edib.
Rusiya, Çin, Yaponiya və Meksika kimi bəzi ölkələrin liderləri bu il Romaya gəlməyəcək. Bu ölkələrin liderləri və ya nümayəndələrinin sammitə onlayn şəkildə qatılacağı ehtimal olunur.
Liderlərin gündəliyinə iqlim dəyişikliyi ilə mübarizə, COVID-19 epidemiyasından sonra iqtisadiyyatın bərpası, rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və Əfqanıstan kimi xarici siyasət məsələləri yer alacaq.