image-qanunla-reklam
image-bez-nazvaniya

Gənc nəslə diqqətin göstərilməsi dövlət siyasətinin prioritetidir

image-lady-day-az

Gənc nəslə diqqətin göstərilməsi dövlət siyasətinin prioritetidir.

Gənclərin formalaşdırılması hər bir dövlət üçün ən başlıca məsələlərdən biridir. Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması onların mənsub olduqları dövlətin rifahının, təhlükəsizliyinin, çiçəklənməsinin rəhnidir. Bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, vətənpərvərlik ruhumuzu, doğma ana dilimizi, ata-babalardan gələn gözəl adət-ənənələrimizi qoruyub yaşadır.

Ulu Öndər Heydər Əliyevin uzaqgörənliklə formalaşdırdığı gənclər siyasəti bu gün yeni mərhələyə qədəm qoymuşdur. Ulu öndər həmişə xalqına arxalanır, onun gəncliyinə böyük ümidlər bəsləyir, qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Ulu Öndərin ən böyük xidmətlərindən biri də o idi ki, gənclərlə bağlı məsələləri həmişə dövlət siyasətinin əsas tərkib hissələrindən biri hesab edir, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli yönündə həyata keçirilən tədbirlərə xüsusi önəm verir, bu siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi. Hələ ötən əsrin 70-80-ci illərində Ulu Öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilmişdir. Ulu Öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonrada tələbələrin xarici ölkələrə göndərilməsi ənənəsi də davam və inkişaf etdirilməyə başlandı. Ölkəmizdə gənclərə diqqətin ayrılması, onların vətənpərvər, sağlam ruhda inkişafı, yetişməsi və bu sahədə bir çox tədbirlərin görülməsi, dövlətin xüsusi fəaliyyəti Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, Ümummilli Lider Heydər Əliyevin 1997-ci il fevralın 2-də gənclərlə bağlı xüsusi Sərəncam imzaladı. Həmin Sərəncama əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan olunub. Bununla da, hər il Gənclər Günü qeyd edilir. Həmin tarixdən etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməsinə başlanılıb. Beləliklə, Ulu Öndər Heydər Əliyev gənclərimizin ölkəmizdə və dünyada önəminin artmasında xüsusi rol oynadı. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün dövlət başçısı cənab İlham Əliyevin uğurla davam etdirdiyi düşünülmüş gənclər siyasəti ölkəmizdə mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir. Bu məqsədlə 2005-2009-cu, 2011-2015-ci və 2017-2021-ci illəri əhatə edən “Azərbaycan gəncliyi” dövlət proqramlarının uğurla həyata keçirilməsi, 2007-ci ilin “Gənclər ili”, 2012-ci ilin “İdman ili” elan olunması, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, bilikli, peşəkar, istedadlı gənclərin dəstəklənməsi üçün Prezident Mükafatının təsis edilməsi, gənclərin hərtərəfli inkişafını stimullaşdırmışdır.

44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanmış Azərbaycan xalqı bunu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrikliyi və gənclərimizin qəhrəmanlığı, cəsarəti, rəşadəti sayəsində əldə edə bilmişdir. Qarabağda öz müqəddəs torpaqlarının azadlığı uğrunda mərdliklə döyüşən gənc nəsil məhz cənab İlham Əliyevin rəhbərliyi dövründə formalaşmışdır.

Gənclər öz gələcək həyatını düzgün müəyyən etmək və dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar.

Zərdab şəhər sakini fəal gənc Cavid Məmmədov

 

 

Müxtəlif dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılmışdır.

Bu gün ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Respublikamızda dövlət gənclər siyasətinin formalaşdırılması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə gənclərin daha çox bir kadr kimi yetişməsi diqqət mərkəzində idisə, 1993-cü ildən sonra yəni Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra gənclərə göstərilən dövlət qayğısı artmış, onları narahat edən problemlər aradan qaldırılmış və gənclərin dövlət idarəçiliyində irəli çəkilməsi prioritet məsələ olmuşdur. Ulu Öndər Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrlərdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab etmiş, gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etmişdir.

“Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 26 iyul tarixli Fərmanı, 2 fevral gününün “Gənclər günü” elan edilməsi haqqında Respublika Prezidentinin 1 fevral 1997-ci il tarixli Sərəncamı, “Dövlət gənclər siyasəti haqqında” Respublika Prezidentinin 28 iyul 1999-cu il tarixli 169 nömrəli Fərmanı, 2002-ci ildə qəbul olunmuş “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu və gənclər siyasəti sahəsində qəbul olunmuş digər normativ hüquqi aktlar, gənclərlə iş sahəsinin hüquqi əsaslarını və icra mexanizmini müəyyən etmişdir. Ümummilli Liderin müəyyənləşdirdiyi dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi gənclərin qarşısında duran problemlərin həllinə münasibətin köklü surətdə dəyişməsinə imkan yaratdı və onları vahid azərbaycançılıq ideologiyası ətrafında daha da sıx birləşdirdi. Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətini təşkil edirdi. Ulu öndərimiz Heydər Əliyevin bu sahədə  həyata keçirdiyi siyasət gənc nəslin mənəvi-əxlaqi tərbiyyəsinin gücləndirilməsinə, sosial rifahının yaxşılaşdırılmasına və zəngin elmi potensialın yaradılmasına xidmət edirdi.  Əlbətdə ki, gəncliyə göstərilən dövlət qayğısı, onlarla bağlı qəbul edilən qərarlar gənc nəslin xoşbəxt gələcəyinə hesablanan addımlar idi. Heydər Əliyevin qaçqın və məcburi köçkün tələbə gənclərə göstərdiyi qayğı onun bütün ölkə vətəndaşları qarşısında göstərdiyi əvəzolunmaz xidmətlərinin tərkib hissəsidir. Fərəh hissi ilə deyə bilərik ki, bu gün də dövlətimiz gənclərə xüsusi diqqət və qayğı göstərir. Ümummilli liderimiz Heydər Əliyevin gənclər siyasəti onun layiqli davamçısı, dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.

Zərdab rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Şahnaz Mustafayeva

 

 

 

Könüllülər hərəkatı.

Müasir Azərbaycanda könüllülük sahəsində real inkişaf Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlayıb. Elə buna görə də könüllülük hərəkatının nəzərəçarpacaq yüksəlişi məhz ümummilli liderimizin adı ilə bağlıdır. Belə ki, dahi öndərin idarəçiliyinin ilk illərindən başlayaraq, hərtərəfli və davamlı inkişaf məqsədilə dövlət və özəl sektorlar, vətəndaş cəmiyyəti arasında əməkdaşlıq diqqət mərkəzində saxlanıldı. Bu prosesə insanları könüllü şəkildə cəlb etməyə, onların sahə təcrübəsindən yararlanmağa mühüm önəm verildi. Beləliklə, 1998-ci ildə Gənclər, İdman və Turizm Nazirliyi, BMT İnkişaf Proqramı və BMT Könüllüləri Proqramının birgə layihəsi fəaliyyətə başladı. 1998-2000-ci illərdə bu proqramın nəticəsi olaraq ölkədə güclü könüllü komandası yaradıldı və könüllülük prinsiplərinin geniş auditoriyaya təbliğinə start verildi.

Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gənclər siyasəti sahəsində, xüsusilə könüllülük hərəkatının inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarının qarşısına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulub.  Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin 30 dekabr 2019-cu il tarixli Sərəncamı ilə 2020-ci il Azərbaycan Respublikasında “Könüllülər ili” elan edildi. Ölkə Prezidentinin imzaladığı Sərəncamda qeyd edilir ki, Azərbaycan xalqı əsrlər boyu xeyirxahlıq, fədakarlıq, gərəklilik könüllü və təmənnasız kömək ənənələrini yaşatmışdır. Könüllülük xalqın, cəmiyyətin ən xoş niyyətlərinin uğrunda fəaliyyət göstərməyə sövq edən, insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatı, zəngin milli-mənəvi dəyərlərimizin nadir töhfəsidir. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Bu fəaliyyətin təşviqi məqsədilə dövlətimiz tərəfindən zəruri addımlar atılmış, normativ hüquqi baza təkmilləşdirilmiş, dövlət dəstəyi mexanizmləri formalaşdırılmışdır. Könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilmiş, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə etmiş, gənclərimizin həyat tərzinə çevrilmişdir. ASAN, “Regional İnkişaf” İctimai Birliyi könüllülüləri və digər könüllü hərəkatları yaranmış, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında on minlərlə gənci birləşdirən könüllü qrupları formalaşmışdır. Könüllülərimiz öz kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə qoşulduqları fəaliyyətə yeni nəfəs vermiş, ölkəmizdə Avroviziya Mahnı Müsabiqəsi, I Avropa Oyunları, “Formula 1” yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində əvəzsiz rol oynamışlar. 5 Dekabr-Beynəlxalq Könüllülər Günü ərəfəsində Azərbaycanda ilk dəfə keçirilmiş və bütün könüllüləri əhatə etmiş Könüllülük Həftəsi ölkəmizdə könüllülüyün yeni mərhələyə qədəm qoyduğunu və böyük potensiala malik olduğunu nümayiş etdirmişdir. Ölkəmiz və gəncliyimiz üçün böyük əhəmiyyət kəsb edən bu Sərəncamın məzmun və mahiyyəti, Azərbaycan gəncləri qarşısında açacağı imkan və inkişaf perspektivləri barədə fikir və mülahizələri, təəssüratları bölüşmək xoş və qürurvericidir.

Gəncliyə Dəstək İctimai Birliyin sədri Vəfa Xəlilli

 

 

 

Vətən müharibəsində iştirak etmiş hər bir igid gəncinə Azərbaycan xalqı minnətdardır.

Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident cənab İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Cənab Prezident gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. 1997-ci ildən etibarən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti seçilmiş dövlət başçısı İlham Əliyev gənclərin idmana cəlb olunması məsələsinə xüsusi diqqət yetirir. Məhz bu səbəbdən gənc idmançılarımızın qələbələri və ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir. Bu gün qürurla qeyd edirik ki, bizim qəhrəman gənclərimiz tarix qarşısında, xalq qarşısında, Vətən qarısında misilsiz xidmətlər göstərirlər. Tarixi missiyanı həyata keçirən Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Onların rəşadəti sayəsində əldə olunan Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər. Təbii ki, bu da Ulu Öndərin gənc nəsli Azərbaycanın uğurlu sabahı naminə səfərbər edən siyasətinin nəticəsi idi. Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Bu, hər birimiz üçün qürur mənbəyidir. Müharibə zamanı gedən informasiya müharibəsində də gənclərimiz sosial şəbəkələrdə çox fəal oldular və Azərbaycan bu istiqamətdə də qalib gəldi. İnformasiya müharibəsinə təkcə Azərbaycan vətəndaşları yox, dünya azərbaycanlıları da könüllü olaraq, öz təşəbbüsləri ilə qoşuldular. Azərbaycan gənci havanın soyuq və şaxtalı olmasına baxmayaraq Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasında “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, şüarları ilə milli maraqlarımızı müdafiə edir, bununla yanaşı, Azərbaycanın haqq səsini dünyaya çatdırır. Bəli, bu gün gənclərimiz milli və dövlət maraqları məsələsində birləşməyi də, mübarizə aparmağı da bacarır. Erməni separatçılar və onlara havadarlıq edənlərin qarşısında öz sərvətinə, torpağına, Vətəninə sahib çıxmağı bacaran Azərbaycan gəncləri var. Vətən müharibəsində iştirak etmiş hər bir igid gəncinə Azərbaycan xalqı minnətdardır.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva

 

 

 

Azərbaycan gənclərinin inkişafında Heydər Əliyev Fondunun misilsiz töhfəsi.

Ölkədə gəncliyə böyük diqqət və qayğının əsası müasir Azərbaycan dövlətinin qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin çoxşaxəli vətənpərvər fəaliyyətinin, yüksək milli təəssübkeşliyinin nəticəsində qoyulub. Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə gəncliyin gələcəyinə uzaqgörənliklə xüsusi yanaşan müdrik dövlət xadimi Heydər Əliyev ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin müəllifi və banisidir.

Azərbaycanda yenidən hakimiyyətə qayıtdıqdan sonra Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən biri də gənc nəslə diqqət və qayğının artırılması, yeniyetmə və gənclərlə bağlı dövlət siyasətinin əsas prinsiplərinin müəyyənləşdirilməsi, respublikamızın ictimai-siyasi, sosial-iqtisadi həyatında gənclərin fəal iştirakının təmin olunması, onların sosial-mənəvi ehtiyaclarının ödənilməsi, gələcəyin layiqli vətəndaşları kimi formalaşması üçün münbit şəraitin yaradılması olub. Hər bir cəmiyyətin maddi-mənəvi tərəqqisi dövlət siyasətinin bütün istiqamətlərdə düzgün qurulmasından, vətəndaşların, o cümlədən gənclərin sosial, psixoloji vəziyyətindən, fəaliyyət şəraitindən bilavasitə asılıdır. Azərbaycan gəncliyinin qüdrətli hamisi və müəllimi olan Ulu Öndər Heydər Əliyev haqlı olaraq qeyd edirdi ki, savadı, təhsili olmayan gənc həyatda layiqli yer tuta bilməz. Ulu Öndər Heydər Əliyevin müdrik siyasi kursunun, fundamental milli inkişaf konsepsiyasının layiqli davamçısı olan möhtərəm Prezidentimiz cənab İlham Əliyev bu gün dövlət gənclər siyasətini müasir dövrün tələblərinə, yeni beynəlxalq çağırışlara uyğun şəkildə çox uğurla davam etdirir. Dövlətimizin başçısının davamlı inkişaf konsepsiyasının uğurla həyata keçirilməsində Birinci vitse-prezident, Mehriban xanım Əliyevanın xidmətləri də böyükdür. Heydər Əliyev Fondunun təhsilin inkişafı, bu sahədə həllini gözləyən bir sıra problemlərin aradan qaldırılması istiqamətindəki fəaliyyəti Azərbaycanda elm və təhsilə ictimai təsisat səviyyəsində yüksək qayğı göstərmək nümunəsi olmaqla yanaşı, cəmiyyətin ümumi potensialının bu zəmində səfərbər olunmasına yönəlmişdir. Fondun elmin, təhsilin dinamik inkişafı, gənc nəslin təlim-tərbiyəsinin yüksək səviyyədə qurulması, yeniyetmələrin sabahın layiqli vətəndaşları kimi yetişməsi istiqamətində məqsədyönlü tədbirləri ilk növbədə vətənpərvərlikdən irəli gəlir.

İctimai həyatımızın ayrı-ayrı sahələrində Ulu Öndərin adını daşıyan Fondun həyata keçirdiyi layihələr, beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq Azərbaycanın uğurlu gələcəyinin təmin olunmasına, respublikamızın sivil dünyaya inteqrasiyasına hesablanıb. Ulu öndərin ideyalarına sadiq qalan, onun əməllərini yaşadan və ideyalarını gerçəkləşdirən Fondun fəaliyyəti ölkə gənclərinin məşğulluğunun təmin edilməsi, onların ictimai-siyasi proseslərdə yaxından iştiraka cəlb olunmasına yönəlmişdir.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki