Gəncə şəhərində dəm qazından zəhərlənmə hadisəsi olub.
Qanunla.az-ın məlumatına görə, hadisə Heydər Əliyev prospektində yerləşən mənzillərin birində qeydə alınıb.
Orada yaşayan 1989-cu il təvəllüdlü Atamov Ruslan Rəşid oğlu və onun qızı, 2018-ci il təvəllüdlü Atamova Fatimə Ruslan qızı dəm qazından zəhərlənib.
Onlardan körpə xəstəxanaya yerləşdirilib, R.Atamov isə dünyasını dəyişib.
Faktla bağlı araşdırmalara başlanılıb.