Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında XI sinif şagirdi Raul Rəhimov Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin önündə bıçaqlanaraq öldürülüb.
Qanunla.Az-ın əldə etdiyi məlumata görə, 17 yaşlı yeniyetmə naməlum şəxs tərəfindən qətl edilib.
Yaxınları Raulun hər hansı problemi və ya düşməninin olmadığını bildirib.
Onun özündən böyük bir qardaşı var.