Gəncədə şəhər 3 nömrəli tam orta məktəbində şagirdlərin zəhərlənməsinin səbəbi açıqlanıb.
Məktəbdən Qanunla.Az-a verilən məlumata görə, 6b sinfində 07.10.2022-ci il tarixdə saat 09:35-də (ikinci saat) texnologiya dərsində salat hazırlanıb.
Hazırlanan salatdan 5 nəfər şagirdin zəhərlənmə halı baş verib. Dərhal valideynlərə bildirilmiş və həkimə müraciət edilib. Hazırlanan salat üçün bütün məhsulları şagirdlər öz evlərindən gətiriblər.