Gəncədə evdə partlayış olub.
Qanunla.Az xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində yerləşən binaların birində qeydə alınıb.
Hadisə zamanı 34 yaşlı Cəmilə Musayeva yanıq xəsarətləri alıb. Qadın dərhal xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.