image-qanunla-reklam
image-1625294190_60dffe70239a160dffe70239a2162529240060dffe702399f60dffe70239a0

Gəncədə sevgilisini öldürüb zibilliyə atan tələbədən XƏBƏR VAR

image-lady-day-az

Gəncədə sevgilini qətlə yetirməkdə təqsirləndirilən Sərdar Cəfərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Qanunla.Az  xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Faiq Mahmudovun icraatına verilib.

Qeyd edək ki, hadisə bu il Gəncə şəhərində qeydə alınıb. Belə ki, zibilkdən qadın meyti tapılıb. Araşdırmalar zamanı meyiti tapılan şəxsin bir müddət əvvəl itkin düşən şəhər sakini, 2002-ci il təvəllüdlü Pərvin Musayeva olması müəyyən edilib. Onun qətlə yetirildiyi məlum olub.19 yaşlı qızı sevgilisi Sərdar Cəfərov boğaraq öldürüb. Daha sonra mərhumun meyitini 1 ay zibilkdə gizlədib. Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən, 2001-ci il təvəllüdlü Sərdar Cəfərov saxlanılıb.

Hadisəni törədən şəxs qızın sevgilisi olub.Qətlin qısqanclıq zəminində törədildiyi bildirilir.

Məlumata görə, Pərvinlə Sərdar tələbə olublar. Hər iki tələbə Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alıb. Sərdar Cəfərov Mühdəndislik fakültəsinin Elektroenergetika mühəndisliyi ixtisası, Pərvin Musayeva isə Aqronomluq fakültəsinin Subioehtiyatları və Akvabitkilər ixtisası üzrə ikinci kurs tələbələri olublar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki