Gəncədə təcili yardım avtomobilinin vuraraq öldürüdüyü piyadanın kimliyi məlum olub.
APA-nın yerli bürosunun məlunatına görə, ölən şəxs Gəncə şəhər sakini 1966-ci il təvəllüdlü Ə.Verdiyevdir.
Qeyd edək ki,piyadanı vuran avtomobil Daşkəsən rayon mərkəzi xəstəxanasının təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin təcili yardım avtomobili olub.