image-qanunla-reklam
image-gence

Gəncədə vaksinasiya prosesi davam edir – VİDEO

image-lady-day-az

Bütün ölkə ərazisində olduğu kimi, Gəncə şəhərində də vətəndaşların COVID-19 əleyhinə vaksinasiya prosesi davam edir.

Ölkənin ikinci böyük şhərində 18 yanvar tarixindən tibb işçilərinin, fevralın 7-dən 60 yaşdan yuxarı şəxslərin, hazırda isə əhalinin 40 yaşından yuxarı təbəqəsinin vaksinasiya prosesinə başlanılıb.

Rəsmi məlumatlara görə, Gəncə şəhərində proses çərçivəsində tibb işçilərinin peyvənd olunması demək olar ki, yekunlaşmaq üzrədir. Bundan başqa, yaşı 60-dan yuxarı olan şəxslərin və 40 yaşdan artıq insanların peyvənd olunması davam etməkdədir.

Vaksin olunan şəxslər içərisində ikinci dəfə peyvəndə gələnlər də var.

Ümumiyyətlə, koronavirusla mübarizə istiqamətində Gəncənin bir çox dövlət və özəl tibb müəssisələrində peyvənd tədbirləri üçün xüsusi otaqlar ayrılıb. Bu günə kimi peyvənd sonrası özünü pis hiss edən, vəziyyəti ağırlaşan şəxs qeydə alınmayıb.

Məlumat üçün bildirək ki, ölkə ərazisində vətəndaşların COVID-19 pandemiyasına qarşı vaksinasiya tədbirləri Nazirlər Kabinetinin  qərarı ilə yanvar ayından başlanılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki