Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.
“Qanunla.az” xəbər verir ki, bu səbəbdən 15-16 sentyabr tarixlərində keçirilməsi nəzərdə tutulan gənclər arasında ağır atletika üzrə Azərbaycan birinciliyi təxirə salınıb. Yarışın nə vaxt, harada təşkil olunacağı barədə məlumat veriləcək.
Allah şəhidlərimizə rəhmət eləsin!