image-qanunla-reklam
image-02-01-19-6

Gənclər arasında təhsil almaq prosesinin stimullaşdırılmasına xidmət edən qərar

image-lady-day-az

Gənclər arasında təhsil almaq prosesinin stimullaşdırılmasına xidmət edən qərar.

Ölkəmizdə tələbə gənclərin təhsil almalarının stimullaşdırılması istiqamətində ardıcıl dövlət siyasəti həyata keçirilməkdədir. Dövlət başçısı İlham Əliyevin bu günlərdə  imzaladığı,  tələbələrin və doktorantların sevinclə qarşıladığı ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi, doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin AMEA-nın magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi, ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləğinin  artırılmasını nəzərdə tutan sərəncamları və fərmanı da məhz Azərbaycan gəncliyinə göstərilən qayğının əyani sübutudur. Müsahibimiz olan təhsil işçiləri bununla bağlı fikirlərini bölüşüblər.
Son illərdə təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi  məqsədilə ümumi təhsilin keyfiyyət göstəricilərinin yüksəldilməsi, ali təhsilin  Avropa standartlarına uyğunlaşdırılması, təhsili idarəetmə sisteminin yenidən qurulması, insan resurslarının inkişaf etdirilməsi, müasir standartlara cavab verən  təhsil infrastrukturlarının yaradılması istiqamətində  mühüm işlər görülüb. 500-dən artıq bal toplayan, seçimdə ilk yerə müəllimlik ixtisasını yazan 300 tələbəyə 100 manat həcmində “Gələcəyin müəllimi” təqaüdü verilib, müxtəlif ixtisaslar üzrə  istedadlı tələbələr üçün SABAH qrupları təşkil olunub.Təhsilin keyfiyyətinin yüksəldilməsinə hədəflənən  bu kimi tədbirlər artıq daha intensiv xarakter alıb.
Bu günlərdə  tələbələrin və doktorantların sevincinə səbəb olan, ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi, doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin AMEA-nın magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi, ali məktəb tələbələri üçün Prezident təqaüdünün artırılmasını nəzərdə tutan ölkə başçısı İlham Əliyevin imzaladığı sərəncamlar və fərman təhsilalanların qayğısı ilə  bağlı dövlətin həyata keçirdiyi  siyasətin bariz nümunəsidir. Sərəncamlar və fərman  ali təhsilə marağı stimullaşdırmağa,  əhalinin bütün təbəqələri üçün ali təhsilin əlçatan olmasını təmin etməyə, dövlət hesabına və ödənişli əsaslarla təhsil alanlar arasında  sağlam rəqabət mühitinin yaradılmasına, elmə  daha perspektivli gənclərin gəlməsinə xidmət edir. Azərbaycan Respublikasında tələbələrin təhsil almasının stimullaşdırılması istiqamətində illərdir  ki, ardıcıl dövlət siyasəti həyata keçirilir.  110 min tələbənin  təqaüdlərinin artırılmasını nəzərdə tutan bu sərəncam kompleks xarakter daşıyır və üç əsas konseptual məsələni əhatə edir.
Son illər aparılan sosial-iqtisadi siyasət nəticəsində ölkədə yüksək inkişafa nail olunmuş, əhalinin maddi rifahı xeyli yaxşılaşmış, yoxsulluğun səviyyəsi minimuma enmiş və Azərbaycan Respublikası orta gəlirli ölkələr sırasında yer tutmuşdur. Gerçəkləşdirilən islahatlar və genişmiqyaslı infrastruktur layihələri sosial-iqtisadi həyatın yenidən qurulması və davamlı inkişafı üçün şərait yaratmışdır.
Ölkə qarşısında duran növbəti strateji vəzifə sosial-iqtisadi həyatın daha da modernləşdirilməsi və qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması yolu ilə davamlı iqtisadi inkişafın təmin edilməsi və əhalinin həyat səviyyəsinin yüksəldilməsindən ibarətdir. Müasirləşdirmə, ilk növbədə, qabaqcıl texnologiyaların və idarəetmə üsullarının, elmi nailiyyətlər əsasında yaradılan innovasiyaların ölkənin sosial-iqtisadi həyatına uğurlu tətbiqi ilə bağlıdır. Bunun üçün prioritet istiqamət ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi ilə yanaşı, ölkədə insan kapitalının inkişafı, şəxsin müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsidir. İnsan kapitalının inkişafı iqtisadiyyatın qlobal sistemə uğurlu inteqrasiyası və ölkənin beynəlxalq rəqabətdən daha effektli faydalanması prosesində ən mühüm şərtlərdən olub, ölkənin təhsil sisteminin başlıca vəzifəsini təşkil edir.

Hüseyn Eynullayev
Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki