image-970_50
image-72032164

Gənclər bu gün cəmiyyət həyatının bütün önəmli sahələrində yenilik meyillərini ifadə edirlər

image-728_90

Cənab İlham Əliyev, demək olar ki, bütün çıxışlarında mükəmməl təhsilə, müasir dövrün bilik və bacarıqlarına yiyələnməyin vacibliyini önə çəkir. Cəmiyyətimizə, xüsusilə gənclərimizə bununla bağlı zəruri tövsiyələrini verir. Ölkə Prezidentinin yeni Təhsil naziri Emin Əmrullayevin qəbulu zamanı söylədiyi fikirlərin özəlliyi, mənası və mahiyyəti, proqram xarakterli tövsiyələri təhsildə müəyyənləşdirilmiş strateji hədəflərə mükəmməl diqqətin yönəldilməsi ilə bağlı idi.

Zənnimizcə, Azərbaycan təhsilinin, ümumilikdə cəmiyyətimizin bugünkü və gələcək nailiyyətlərinin mühüm bir amili məhz cənab İlham Əliyevin həmin qəbulda irəli sürdüyü vəzifələrin layiqincə yerinə yetirilməsindən asılı olacaq.

Dövlət rəhbərimiz, ilk növbədə, təhsil sahəsində bu günə qədər aparılan islahatların daha da dərinləşdirilməsi vəzifəsini aktuallaşdırdı. Məlumdur ki, milli təhsilimizdə islahatlar davamlı xarakter daşıyır. Bu, həm Azərbaycanın sosial-iqtisadi inkişafından, həm də ümumiyyətlə, dünyadakı yeni inkişaf trendlərindən irəli gələn prosesdir.

Bu gün dünyanın əksər ölkələrində təhsil sisteminin təkmilləşdirilməsi transformasiya dövründən keçir. Çünki müasir çağırışlar dünyada təhsil sistemini büsbütün dəyişir. Əmək bazarında tələb və təklif mütənasibliyi dəyişir. Bəzi peşələr sıradan çıxır, yerinə yeni peşələr və istiqamətlər yaranır. Bundan başqa, Azərbaycanda aparılan köklü islahatların özü də ayrı-ayrı sahələr üzrə beynəlxalq təcrübəyə, mükəmməl bilik və bacarıqlara malik peşəkar kadrlara tələbatı artırır. Bu da təbiidir. Ölkəmiz qloballaşma proseslərinin fəal iştirakçısıdır. İqtisadiyyatımız dünya iqtisadi sisteminin tərkib hissəsinə çevrilib. Biz bu sistemlə birgə inkişaf etməliyik. Tərəqqi imkanlarını reallığa çevirən isə məhz peşəkar kadrlardır.

Biliklərə əsaslanan iqtisadiyyata transformasiya əslində informasiya cəmiyyətinin tələblərinə uyğun yüksək hazırlığa malik mütəxəssislərə ehtiyacı artırır. Qara qızılı insan kapitalına çevirmək labüdlüyü yaranır. Artıq bütün bəşəriyyət anlayır ki, müasir dünyamızda ən qiymətli sərvət insandır, onun bilik və bacarıqlarıdır. Bu sərvəti davamlı olaraq zənginləşdirmək və realizə etmək zəruridir.

Cənab İlham Əliyevin da xatırlatdığı kimi, inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, həmin ölkələrdə əldə edilmiş tərəqqi təhsilin yüksək səviyyəsi ilə bağlıdır. Təhsilin səviyyəsi, eyni zamanda, elmi-texniki tərəqqini də yüksək dərəcədə şərtləndirir. Bu, ölkələrin ən yüksək inkişaf səviyyəsinə təbii resurslar vasitəsilə deyil, məhz bilik, savad, təhsil, elm, yetkin insan ağlının hesabına çatdığını göstərir.

Prezident İlham Əliyev hələ illər öncə Azərbaycanda qara qızılın insan kapitalına çevrilməsi prosesinin vacibliyini strateji hədəf kimi irəli sürdü və əməli surətdə inkişaf etdirdi. Bu ali niyyətin reallaşdırılması üçün davamlı islahatlar apardı. Həmin islahatların təsiri ilə indi ölkəmizdə tamamilə yeni təfəkkürlü, müasir nəsil yetişib. Gənclər bu gün cəmiyyət həyatının bütün önəmli sahələrində yenilik meyillərini ifadə edirlər. Yeni nəsillərin bacarıqları, bilikləri, ən müasir texnologiyalara maraqları, Azərbaycanda müxtəlif tarixi hadisələr zamanı onların fəallığı, təəssübkeşliyi, təşəbbüskarlığı bütünlükdə cəmiyyətin inkişafından xəbər verən göstəricilərdir

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki