image-qanunla-reklam
image-2d969e2c163282409789902044611031472

Gənclər siyasəti dövlətin strateji inkişaf prioritetləri sırasında mühüm yer tutur

image-lady-day-az

Gənclər siyasəti dövlətin strateji inkişaf prioritetləri sırasında mühüm yer tutur

Dövlətin gənclərə dəstəyi nəticəsində Azərbaycan gəncliyində özünə inam hissi artıb. Dövlət başçısı gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi dəyərləndirilir.  Təsadüfi deyil ki, 2007-ci il ölkəmizdə “Gənclər ili” elan edilmişdir. Azərbaycan Prezidentinin sözügedən təşəbbüsü gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da artırılmasına səbəb olmuşdur. Sərəncamla “Gənclər ili” elan olunmasına dair tədbirlər planı təsdiq edilmiş, o cümlədən respublikanın şəhər və rayonlarında “Gənclər evi”nin yaradılması nəzərdə tutulmuşdur.

Prezident İlham Əliyevin təşəbbüsü ilə 2011-ci il 19 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradılıb. Fondun qarşısında gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək məqsədi qoyulub. 2018-ci ildə Fond yenidən təşkil edilərək Azərbaycan Respublikasının Gənclər Fondu adlandırılıb.

2012-ci ildə sayca 57-ci “Avroviziya” mahnı müsabiqəsi Bayraq meydanında inşa olunmuş “Baku Crystal Hall”da baş tutub. 43 ölkə təmsil olunan bu möhtəşəm tədbir zamanı Bakı Avropa musiqisinin paytaxtına çevrilmiş, Avropa gənclərinin diqqəti Azərbaycana yönəlib. Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də 2013-cü il 2 iyul tarixində ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi olub. Prezident Mükafatı elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində xüsusi fərqlənən 10 nəfər gəncə ildə bir dəfə 10000 (on min) manat məbləğində verilir.

Prezident İlham Əliyev 2016-cı il 24 fevral tarixində “Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə əlaqədar tədbirlər haqqında” Sərəncam imzalamışdır. Respublikanın 55 şəhər və rayonunda fəaliyyət göstərən Gənclərin İnkişaf və Karyera Mərkəzi 2018-ci ilin noyabr ayında Azərbaycan Respublikası Gənclər Fondunun nəzdində fəaliyyətə başlayıb.

Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Onların rəşadəti sayəsində 44 günlük Vətən müharibəsində əldə olunan şanlı Zəfər nəticəsində xalqımız 30 illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Müstəqillik dövründə vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi Qələbənin əldə olunmasında böyük oynadılar.

Beləliklə, gənclər siyasəti dövlətin strateji inkişaf prioritetləri sırasında mühüm yer tutur və cəmiyyətin hərtərəfli tərəqqisini təmin edən əsas amillərdən biridir. Gənclərin potensialının reallaşdırılması üçün yaradılan geniş imkanlar onların milli maraqlar ətrafında birləşməsinə və ölkənin gələcək inkişafına töhfə verməsinə şərait yaradır. Bu siyasət gəncləri həm milli, həm də beynəlxalq səviyyədə liderlik və təşəbbüskarlıq üçün motivasiya edən uğurlu bir modeldir.

Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki