image-qanunla-reklam
image-1612256006_b8817032-bab0-3bb4-a6ce-780c7a01a233_850-1

Gənclər və idman naziri vəzifəsini kim icra edir? – FOTO

image-lady-day-az

Gənclər və İdman naziri vəzifəsini hazırda nazir müavini İntiqam Babayev icra edir.

Bu barədə Oxu.Az-a nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib.

İntiqam Babayev Vaqif oğlu əmək fəaliyyətinə 1996-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının müəllimi kimi başlayıb. 1998-1999-cu illərdə Gənclər, İdman və Turizm Nazirliyinin Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri, 1999-2000-ci illərdə Bakı şəhər İcra Hakimiyyətinin Siyasi partiyalar və ictimai təşkilatlarla iş şöbəsinin müdiri vəzifəsində çalışıb. 2000-ci il gənclər və idman nazirinin müavini vəzifəsinə təyin edilib.

 

Qeyd edək ki, Gənclər və İdman naziri Azad Rəhimov aprelin 30-da ABŞ-da müalicə aldığı xəstəxanada uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki