image-qanunla-reklam
image-fb_img_1636867493997

Gənclərin İnkişaf və Karyera Mərkəzinin 52-ci nümayəndəliyi Zərdabda fəaliyyətə başladı! 

image-lady-day-az

Gənclərin İnkişaf və Karyera Mərkəzinin 52-ci nümayəndəliyi Zərdabda fəaliyyətə başladı!

Açılış mərasimində Rayon İcra Hakimiyyətinin nümayəndəsi, Azərbaycan Gənclər Fondunun icraçı direktorunun müavini, Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndələri və rayon gəncləri iştirak edib.

Açılış tədbirində gənclərlə söhbət və mərkəzlə tanışlıqdan sonra çıxış edən rəsmi nümayəndələr Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət gənclər siyasəti, ölkəmizdə gənclər üçün yaradılan imkanlar barədə danışıb və gəncləri bu imkanlardan yararlanmağa dəvət ediblər.

Tədbir daha öncə açılışı olmuş nümayəndəliklərin fəaliyyətindən əyləncəli videoların nümayişi, maraqlı viktorinalar və təlim xarakterli oyunlarla davam etdirilib.

Zərdab gəncləri həmçinin, “Gənc Könüllü”, təcrübəçi və üzvlük proqramlarına qoşulmağa dəvət ediliblər.

Fəaliyyətinizdə uğurlar, əziz Zərdab Gəncləri!

image-fb_img_1636867451725 image-fb_img_1636867455135 image-fb_img_1636867459557 image-fb_img_1636867462516 image-fb_img_1636867465501 image-fb_img_1636867468644 image-fb_img_1636867472417 image-fb_img_1636867475382 image-fb_img_1636867480524 image-fb_img_1636867485605 image-fb_img_1636867490451 image-fb_img_1636867493997


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki