Gənclərin xaricdə təhsilinə dövlət qayğısı. .
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın, habelə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın nəticəsində 5000-dən artıq Azərbaycan gənci dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa müvəffəq olmuşlar. Dövlətin dəstəyi sayəsində gənclərin dünyanın 32 ölkəsinin 370-dən çox ən nüfuzlu ali təhsil müəssisəsində təhsil almaları məqsədilə 200 milyon manat vəsait xərclənmişdir. 2025-2026-cı tədris ili üzrə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində dünyanın nüfuzlu universitetlərinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə maliyyələşdiriləcək təhsil proqramlarının siyahısı müəyyən edilib. Növbəti tədris ili üçün təsdiq olunmuş təhsil proqramlarının siyahısında 15 prioritet ixtisas sahəsi üzrə dünyanın 32 ölkəsinə aid 221 nüfuzlu ali təhsil müəssisəsində tədris olunan 4405 proqram yer alır. Gənclərin müxtəlif sahələrdə yaradıcılıq və intellektual potensiallarını inkişaf etdirməyi hədəfləyən “Şahin” hərbi-idman oyunları, “İƏT simulyasiya modeli”, “İstedadların hazırlığı laboratoriyası” VII Beynəlxalq Elm Olimpiadası, “Cəsur kadet” yarışları, “Qızıl şah” Milli Kulinariya Çempionatı, Robot olimpiadası, “Oxu, qazan!” müsabiqəsi, “Şən Gənc” TV layihəsi, “Mən Cazmenəm” Bakı Caz Festivalı, “İdeya var!” kimi bir çox yariş və müsabiqələr təşkil olunmuşdur. Lənkəran şəhəri 2024-cü ildə Azərbaycanın “Gənclər Paytaxtı” olaraq, gənclərin inkişafını və sosial fəallığını dəstəkləyən, müxtəlif sahələri əhatəedən 41 tədbirə ev sahibliyi edib.Noyabrın 11-22-də Bakıda keçirilmiş BMT-nin COP29 Konfransı çərçivəsində Yaşıl zonada fəaliyyət göstərən “Gənclər Evi” pavilyonunda davamlılıq və iqlim liderliyi mövzularında seminarlar, vörkşoplar və panel müzakirələri olmaqla ümumilikdə 27 tədbir təşkil olunub. Gənclərin iqlim dəyişikliyinə qarşı mübarizədəki rolunu vurğulamaq məqsədilə təşkil edilən pavilyonu 7000 nəfər ziyarət edib. Gənclərin liderlik və əməkdaşlıq sahəsində inkişafını dəstəkləmək, həmçininölkəmizin beynəlxalq arenadatanıdılmasına töhfə vermək məqsədilə, 2024cu ildə “Bakı qərar verir” Gənclərin I İqlim Danışıqları, “By Youth For Youth” Beynəlxalq Forumu, “Şuşa-İƏT-in Gənclər Paytaxtı” və “Lənkəran – Türk Dünyasının Gənclər Paytaxtı” proqramları çərçivəsində həyata keçirilən 24 beynəlxalq tədbirdə 57 ölkədən 650 iştirakçı, yerli və xarici nümayəndələr, gənclər və könüllülər iştirak edib.
Zərdab şəhər Ş.Qurbanov 2 saylı tam orta məktəbin tarix müəllimi Sadıqova Ülkər