image-qanunla-reklam
image-52b1e7e7-9f2b-3716-9c6b-e1e25b56ceb1_850

General Mövlam Şixəliyevin vəsatətləri təmin edilməyib

image-lady-day-az

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev, həmçinin MTN-in keçmiş əməkdaşları – Vüsal Əliyev, Yasin Məmmədov, Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

Hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə vəkillərin qaldırdığı vəsatətlərlə bağlı qərar elan olunub.

Qərara əsasən, vəsatətlər təmin edilməyib.

Məhkəmənin baxış iclası oktaybrın 26-na təyin olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki