image-qanunla-reklam
image-heroin-gomruk

Gömrükdə əməliyyat: 244 kq heroin aşkarlandı – Video

image-lady-day-az

Gömrükçülərin həyata keçirdiyi daha bir əməliyyat uğurla nəticələnib.

Dövlət Gömrük Komitəsindən Qanunla.Az-averilən məlumata görə, 244 kiloqramdan artıq narkotik vasitə – heroinin ölkənin gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə cəhdin qarşısı alınıb.

Komitənin Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Gürcüstana “Bitum membranı” yükü aparan DAF markalı, WE261EW/UU260V dövlət qeydiyyat nişanlı yük avtomobili saxlanılıb və gömrük nəzarətinə cəlb edilib.

Sürücü idarə etdiyi yük avtomobilində gömrük nəzarətindən gizlədilən və ya gömrük nəzarətinə bəyan olunası hər hansı predmetin olmadığını bildirib. Lakin avtomobil yoxlanılarkən kinoloji xidməti it yük maşınının qoşqusunun ətraflarına reaksiya verib. Sonra avtomobil stasionar rentgen qurğusundan keçirilib. Rentgen qurğusunda isə şübhəli cizgilər müşahidə edildiyindən həmin nəqliyyat vasitəsinin yükü boşaldılaraq əsaslı şəkildə yoxlama aparılıb.

Təkrar yoxlama zamanı avtomobilin qoşqusunun altında kustar üsulla düzəldilmiş gizli saxlanc yerindən 480 ədəd bağlama, həmin bağlamalarda isə qablaşdırılma ilə birgə çəkisi 244 kq 344 qram olan narkotik vasitə – heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, son iki həftə ərzində gömrükçülərin həyata keçirdiyi əməliyyatlar nəticəsində 5 fakt üzrə 730 kq 788 qram çəkidə narkotik vasitələrin ölkənin gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə cəhdin qarşısı alınıb.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki