image-qanunla-reklam
image-img_20211119_083643

Goranboyda 16 yaşlı gənci maşın vurdu

image-lady-day-az

Goranboyda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Qanunla.Az-ın məlumatına görə, hadisə Goranboy şəhərində qeydə alınıb.  Belə ki, “VAZ 2106” markalı avtomobil  Qarasüleymanlı kənd sakini, 2005-ci il təvəllüdlü Ağakişiyev Arzu Rəşid oğlunu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan 16 yaşlı piyada Goranboy Mərkəzi xəstəxanasına aparılıb. Orada ilkin tibbi yardım göstərildikdən sonra Gəncədə klinikalardan birinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki