Oktyabrın 22-i saat 02 radələrində Goranboy rayonu, Xanqərvənd kənd sakini 1997-ci il təvəllüdlü Arzu Əliyevə odlu silahdan açılan atəşlə xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Qanunla.az xəbər verir ki, aparılmış araşdırmalarla zərərçəkmişin həmkəndlisi, 1994-cü il təvəllüdlü Emin Rüstəmovun əvvəl aralarında baş vermiş mübahisəni aydınlaşdırmaq məqsədilə yaşadığı evə gəlmiş Arzu Əliyevə ov tüfəngi ilə 2 dəfə atəş açaraq onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Emin Rüstəmov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İş üzrə istintaq davam edir.