Goranboyda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Qanunla.Az xəbər verir ki, hadisə Qazanbulaq qəsəbəsində qeydə alınıb. Avtomobil qəzası zamanı, 1988-ci il təvəllüdlü Murov Bilal oğlu Həsənov xəsarət alıb, yaralı xəstəxanaya aparılıb.
Qeyd edək ki, xəsarət alan şəxsin Goranboy rayon İcra Hakimiyyətinin İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı vəzifəsində çalışdığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.