image-970_50
image-yenigundem_66e8db4d7cd6b0def16fc8922ef9ff51_b6aj7ki0sw15xgy8vl2n-620x460

Goranboyda şəhidlər bulağı istifadəyə verilib – FOTO

image-728_90

Goranboy rayonu Muzdurlar kəndində Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin adlarına inşa edilən xatirə bulağının açılış mərasimi keçirilib.

“Yeni Gündəm” xəbər verir ki, açılış mərasimində Milli Məclisin deputatı Anar Məmmədov, şəhidlərin doğmaları, rayon ağsaqqalları, Muzdurlar kənd ağsaqqal və ağbirçəkləri, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən nümayəndələr iştirak ediblər. Əvvəlcə rayonun baş axundu şəhidlərin ruhuna dualar oxuyub, əziz xatirələri böyük ehtiramla yad edilib. Sonra bulaq kompleksinin açılışı olub.

Çıxış edən millət vəkili Anar Məmmədov və digərləri şəhidlərin keçdiyi şərəfli ömür yolundan bəhs edib, gənclərə nümunə göstəriblər. Çıxışlarda şəhidlərimizin qanının yerdə qalmadığı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyi vurğulanıb, Böyük Qələbənin tarixi əhəmiyyəti qeyd olunub.

Sonda şəhidlərin ailə üzvləri onlara göstərilən xüsusi diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

 

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki