image-qanunla-reklam
image-img_20211123_192509

Goranboyda Vətən müharibəsi şəhidinin anım mərasimi keçirilib – FOTO

image-lady-day-az

Bu gün Vətən müharibəsində şəhid olan İxtiyar Əliyevin Goranboy rayonunda qırx mərasimi keçirilib. Mərasimdə Milli Məclisin deputatı Anar Məmmədov, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, hüquq-mühafizə orqanlarının əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibəsi veteranları və şəhidin doğmaları iştirak edib. Mərasim iştirakçıları öncə şəhidin qəbrini ziyarət edib, onun qəbrinə gül dəstələri düzüb və ruhuna dualar oxuyublar.

Milli Məclisin deputatı Anar Məmmədov çıxış edərək bütün şəhidlərimiz kimi, İxtiyar Əliyevin xatirəsinin də hər zaman əziz tutulacağını və daim qəlblərdə yaşayacağını bildirib.

Övladı ilə hər zaman fəxr etdiyini bildirən şəhid atası İlqar Əliyev Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.

Qeyd edək ki, gizir İxtiyar Əliyev Vətən müharibəsi zamanı, oktyabrın 6-da Ağdərə istiqamətində gedən döyüşlərdə itkin düşüb. Uzun müddət onun axtarışları davam edib.

Allah şəhidimizə rəhmət eləsin.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki