image-qanunla-reklam
image-1629970897_default

“Gorus-Qafan yolunun bağlanması son addım deyil” – AÇIQLAMA

image-lady-day-az

“Ermənistan tərəfi  imzalanan  birgə  bəyanatın şərtlərini  9 ayda bu və ya digər şəkildə pozursa, o zaman  Azərbaycanın da bu bəyanatın şərtlərini  yerinə yetirmək kimi məsuliyyəti aradan qalxır”. 

Bu sözləri Qanunla.Az-a açıqlamasında  hərbi ekspert  Ədalət Verdiyev deyib.

Ekspert bildirib ki,  Ermənistanın dolayısı yolla həmin ərazilərə silahlı qüvvələr yeritməsi  və  Rusiya  sülhməramlılarının buna göz yumması Azərbaycanın daha radikal  addımlar atmağa vadar edir:

“Ermənilər bu cür  addımlar atmaqla  sanki  Gorus-Qafan yolunun bağlanmasını israr etdilər. Digər  tərəfdən isə Ermənistan sentyabrın 2-də  separatçı rejimin seçkilərinə hazırlaşır. Nə sülhməramlı qüvvələrdən, nə də  Ermənistan tərəfdən bu seçkilərin keçirilməsinin məqsədəuyğun olmadığı haqqında heç bir bəyanata rast gəlmirik. Separatçı rejim isə hazırlığını daha da intevsivləşdirir.  Ola bilsin ki, bu onları daha da cəsarətləndirir. Belə olan halda Azərbaycan da daha adekvat  addımlar ata bilər. Gorus-Qafan yolunun bağlanması son addım deyil. Əlimizdə kifayət qədər daha təsirli mexanizmlər var. Hesab edirəm ki, bu mexanizmləri işə salmazdan əvvəl rəsmi səviyyədə  ultimatum səsləndirilməli  və  ya həmin seçkilərin həyata keçirilməsində  Azərbaycanın imkan verməyəcəyi barədə  tərəflər  məlumatlandırılmalıdır. Əgər  ultimatumlara reaksiya olmazsa, proseslər  olduğu kimi davam edərsə və  ya seçki keçirilərsə  Azərbaycan o zaman müxtəlif təsirli vasitələrdən bu seçkinin qarşısını  almaq üçün istifadə də bilər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki