18 fevral tarixində Göyçay rayonunda vətəndaş qəbulu həyata keçirilib.
Qanunla.Az xəbər verir ki, fevralın 18-də Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən, müdir müavini Cavad Cavadov Göyçayda vətəndaşları qəbul edib. Yerli təhsil sektorunun inzibati binasında keçirilmiş qəbulda vətəndaşlar əsasən işlə təmin olunma, əmək müqaviləsinin uzadılması, iş yerinin dəyişdirilməsi və digər məsələlərlə bağlı müraciət ediblər. Cavad müəllim qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində idarənin aidiyyəti üzrə struktur bölmələrinin əməkdaşlarına konkret tapşırıqlar verib.
Qeyd etmək istərdik ki, vətəndaşların qəbulu hər həftənin dördüncü günü 15:00-da həyata keçirilir. Qəbula yazılmaq üçün 146-0-3 çağrı mərkəzimizə, [email protected] ünvanına və ya 051-867-91-66 nömrəsinin votsapına müraciət edə bilərsiniz.