image-qanunla-reklam
image-1610738082-qeza123

Göyçayda ağır qəza – yaralılar var

image-lady-day-az

Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Qanunla.Az  xəbər verir ki, hadisə bu gün saat 11:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 203-cü kilometrliyində, Göyçayın Qarayaxı kəndi ərazisində qeydə alınıb.

“Mersedes” markalı minik avtomobili qarşı tərəfdə hərəkətdə olan ” VAZ 21011″ markalı minik avtomobilinə arxa tərəfdən çırpılıb. Hadisə zamanı avtomobillərdə olan 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, “VAZ 21011”-in qoşqulu yük yerində olan 5 baş iri buynuzlu heyvan tələf olub.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki