image-qanunla-reklam
image-1626872437_5a0d7cba2d42c_piyada

Göyçayda “Opel” piyadanı vuraraq ÖLDÜRDÜ

image-lady-day-az

Oktyabrın 29-u saat 01:00 radələrində Göyçay şəhəri ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Qanunla.Az-a verilən məlumata görə, Göyçay rayon sakini Nəriman Əmrahov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən piyada Abdulla Məmmədovu vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilən A.Məmmədov orada ölüb.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki