image-qanunla-reklam
image-1616851341-1573919954-ggg-1

Göygöldə 2 avtomobil toqquşdu – Xəsarət alan var

image-lady-day-az

Göygöl rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Qanunla.Az xəbər verir ki, hadisə Göygöl şəhərində, yanacaqdoldurma məntəqələrinin birinin qarşısında qeydə alınıb.

Hərəkətdə olan “Chevrolet” markalı avtomobilin digər avtomobillə toqquşması nəticəsində bir nəfər, 52 yaşlı Mədət Əhmədov xəsarət alıb. O, Göygöl Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Qəzanın başvermə səbəbləri Dövlət Yol Polisi əməkdaşları tərəfindən araşdırılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki