Göygöl rayonunda avtomobilin vuraraq öldürdüyü piyadanın şəxsiyyəti məlum olub.
Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Tünzalə Rəfiyevadır.
Hadisə noyabrın 23-də Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan avtomobil yolu keçmək istəyən orta yaşlı qadını vuraraq öldürüb.
Hadisə zamanı qadın tanınmaz halda olduğu üçün onun şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.