image-qanunla-reklam
image-350133682_1978552025812493_8764748496834918405_n

Güclü ordu qurmuşuq

image-lady-day-az

Güclü ordu qurmuşuq

XX əsrin əvvəllərində milli dövlətçiliyimizi qorumaq, ölkəni xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün özünün silahlı qüvvələrini yaratmaqla, milli dövlətçiliyimiz yolunda ölçüyəgəlməz, qarşısıalınmaz bir prosesə başlanılıb. Xalq Cümhuriyyətinin devrilməsi nəticəsində ordu quruculuğu prosesi müəyyən bir zaman kəsiyində yarımçıq qaldı. 1969-cu ildə böyük tarixi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbər seçilməsi ilə hərbi kadr sahəsində mühüm işlər görülüb.Cəmşid Naxçıvanski adına hərbi təmayüllü ixtisaslaşdırılmış orta məktəbin əsasının yaradılması, azərbaycanlıların hərbi məktəblərə daxil olmasının təmin edilməsi, milli zabit kadrlarımızın vəzifələrə irəli çəkilməsi Azərbaycanın hərb tarixində yeni bir mərhələnin əsasını qoyub. Ümummilli Lider tərəfindən ordu quruculuğu sahəsində milli maraqlarımızın qorunması və inkişaf etdirilməsi sonradan müstəqil Azərbaycanda nizami ordunun yaranmasına təkan olub. Ümummilli liderimiz Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrdə, o cümlədən ordu quruculuğu istiqamətində aparılan siyasət uğurları təmin edib. Yerli müdafiə batalyonlarının buraxılması, vahid komandanlığın təmin edilməsi nizami ordunun formalaşmasına şərait yaradıb. 1994-cü ilin əvvəlində Ulu Öndərin sərkərdəliyiylə keçirilən Horadiz əməliyyatı qələbə ilə nəticələndi, Ermənistan atəşkəsə razılıq verməyə məcbur oldu. Nəticədə mərkəzləşmiş maddi-texniki təminat işində uğurlu addımlar atıldı, müxtəlif qoşun növlərinin, ayrı-ayrı hərbi hissələrin təminatı həyata keçirilməklə başa çatdırıldı, hərbi xidmətin hüquqi bazası və orduya çağırış təkmilləşdirildi, şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik tərbiyəsi gücləndirildi. 26 İyun – Silahlı Qüvvələr Günü bayram olaraq rəsmi dövlət statusu qazanıb. Bu gün Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın bütün strateji əhəmiyyətli sahələrində dinamik inkişafı təmin edən ardıcıl və sistemli islahatlar həyata keçirən Dövlət Başçısı ordu quruculuğuna da xüsusi diqqətlə yanaşır. Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən hərbi qulluqçuların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi bu siyasətin prioritet istiqamətlərindəndir. Prezidentimizin ən böyük xidmətlərindən biri də ondan ibarətdir ki, bu gün Azərbaycan Ordusunun şəxsi heyətinin mənəvi-psixoloji durumu yüksək səviyyədədir. Bunun nəticəsidir ki, hazırda Azərbaycan Ordusu möhkəm nizam-intizama, yüksək döyüş ruhuna malikdir. Güclü ordu üçün ən əsas şərtlərdən biri də şəxsi heyətin mənəvi-psixoloji vəziyyətidir. Ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət Azərbaycan Ordusunun şəxsi heyətində mənəvi-psixoloji ruh yüksəkliyi yaradıb. Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi ilə hərb tarixinin yeni və şanlı salnaməsini yazdı. Rəşadətli Ordumuzun şücaəti, Vətən torpaqları uğrunda apardığı ölüm-dirim savaşı sayəsində ərazi bütövlüyümüz bərpa olundu, haqq, ədalət öz yerini tapdı. Təsadüfi deyil ki, Azərbaycan Ordusu bu gün dünyanın 50 ən güclü ordusu sırasında yer alıb. Azərbaycan Ordusu gücü, qüdrəti, mənəvi-psixoloji hazırlığı ilə 44 günlük Vətən müharibəsində böyük Zəfər qazandı. Biz Ordumuzla qürur duyuruq.

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Məleykə Hümbətova

 

 

Gözəl gənc nəsil yetişdirdik – vətənpərvər, tərbiyəli, milli ruhda tərbiyə almış gənc nəsil

Gənclər hər bir millətin inkişafının təməl daşıdır. Bu səbəbdən bir millətin mövcudluğu üçün sağlam gəncliyin olması vacib şərtdir. Çünki ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli kadrların hazırlanmasından, aparıcı qüvvəyə çevrilməsindən asılıdır. Bu baxımdan Azərbaycan Ordusunda gənclərlə iş sahəsində görülən tədbirlər cəmiyyətdə Azərbaycan gəncliyinin daha da inkişaf etməsinə təkan verir. Vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır. Vətənpərvərlik həm də Vətən naminə çalışmaq, Vətəni xarici və daxili düşmənlərdən qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, Vətənin, xalqın hər bir uğuruna sevinmək və Vətəni layiqli vətəndaş kimi təmsil etməkdir. Ümummilli liderimiz Heydər Əliyev öz siyasətində daim gənclərə qayğı göstərib, onların bir fərd kimi yetişməsinə xüsusi diqqət ayırıb. Ulu Öndər respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən gənclərin himayədarı kimi çıxış edərək, sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görüb. Hakimiyyətə gəldiyi ilk günlərdən başlayaraq gənclər siyasəti ilə bağlı bir çox fərman və sərəncamlar imzalayan Ulu Öndər, gənclərin milli və vətənpərvər ruhda tərbiyəsinə həmişə önəm verib. Hazırda Azərbaycan gəncliyi ölkəmizdə aparılan davamlı islahatların əsas kadr bazası kimi çıxış edir. Bu gün Dövlət rəhbəri gəncləri müxtəlif yüksək dövlət vəzifələrinə irəli çəkir. Onlara etimad göstərir. Gənclərin simasında idarəetmə sistemi zamanın çağırışlarına uyğun dəyişir, ölkə həyatına mütərəqqi meyillər daxil olur. Azərbaycan gəncliyi öz bilik və bacarıqları ilə ölkəmizdə aparılan inkişaf proseslərinə töhfə verir.

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Məleykə Hümbətova

 

 

Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Azərbaycan qalib oldu

Keçən əsrin 80-ci illərinin sonları-90-cı illərinin əvvəllərində Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış etmiş və ölkəmizə qarşı hərbi təcavüzə başlamışdır. Həmin dövrdə Azərbaycanda hökm sürən hərc-mərclikdən istifadə edən Ermənistan torpaqlarımızın 20 faizini işğal etmiş, bir milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşmüşdür. Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar prosesi Ermənistanın destruktiv mövqeyinə görə nəticə verməmişdir. 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti təxribatına və hərbi təcavüzünə cavab olaraq, Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu torpaqlarımızın işğaldan qurtarılması, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün Vətən müharibəsinə başlamış və qısa müddətli zəfər yürüşündə inanılmaz uğurlar əldə etmişdir. Noyabrın 10-da Azərbaycan Respublikasının, Rusiya Federasiyasının prezidentləri və Ermənistan Respublikasınının Baş naziri birgə bəyanat imzalamışlar. Döyüş meydanında məğlubiyyətini dərk edən Ermənistan Azərbaycanın Prezidenti cənab İlham Əliyevin bəyan etdiyi şərtləri qəbul etmiş, kapitulyasiya şərtləri ilə razılaşmalı olmuş,Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur edilmişdir. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər olmuşdur. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etmiş və düşmən üzərində tarixi zəfər çalmışdır.

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Məleykə Hümbətova

 

 

Ulu Öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlməsindən sonra Azərbaycan ayağa qalxa bildi, Azərbaycan inkişaf yoluna qədəm qoya bildi, vətəndaş müharibəsinə son qoyuldu.

Azərbaycanın, bütün sahələrində olduğu kimi, milli mətbuatın inkişafında problemlərdən qurtulmağında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri oldu.Ulu Öndər Heydər Əliyevin 1993cü il 15 iyunda xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gəlişindən sonra Azərbaycan mətbuatının da dirçəlişinin və oyanışının əsası qoyuldu. Müstəqil mətbuat formalaşmağa, peşəkar jurnalistlər ordusunun yaradılmasına başlandı. Məhz Ulu Öndər Heydər Əliyevin imzaladığı fərman nəticəsində 1991ci ilin avqustunda mətbuata qarşı senzura aradan qaldırıldı. Qəzetlərin “Azərbaycan” Nəşriyyatına olan borcları ləğv edildi.

Redaktorların madditexniki bazası təmin olundu. Jurnalistlər dövlətin orden və medalları ilə təltif edildi. Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bizimlə söhbətində KİV əməkdaşlarının Ulu Öndərin onlara göstərdiyi diqqət və qayğını unutmadıqlarını bildirdi. Qeyd etdi ki, dahi öndər Heydər Əliyevin mətbuata göstərdiyi dost münasibətlərə görə qəzet yazarları onu özlərinin dostları elan etmişdilər.Əgər ölkəmizdə 17 il əvvəllə indiki durumu müqayisə etsək, 15 iyun tarixi yaddaşlarda yalnız bir ifadə ilə əksini tapar -dövlətin və xalqın xilası günü. Mediada həmin dövrün reallıqlarını işıqlandıran olayların əksəriyyəti  gözlərimiz önündə baş vermişdir. Həmin vaxt ölkədə, demək olar ki, bütün sahələri bürümüş hərc-mərcliyi, anarxiyanı aradan qaldırmaq, dövlət müstəqilliyini qorumaq, işğalçıların qarşısına möhkəm sipər çəkmək, üstəlik, Azərbaycanın beynəlxalq aləmdə tanıdılması aktual məsələ idi. Lakin Heydər Əliyevin qayıdışınadək bu məsələlər sanki taleyin ümidinə buraxılmışdı. Ən böyük ziyan, təbii ki, xalqa dəyirdi və xalqımız məhz 15 iyun günü ümummilli liderimiz Heydər Əliyevə ikinci dəfə hakimiyyət sükanının etibar edilməsi yolunda mühüm addım atdı. Bu etimad dərin məntiqi əsaslara, tarixi və məntiqi qanunauyğunluğa söykənirdi. Onun respublikaya rəhbərlik etdiyi birinci 17 illik dönəmdə Vətənimizin yüksək surətlə tərəqqisindəki rolu və xidmətləri hamıya yaxşı məlum idi. İndi xalq seçiminin müsbət nəticələrini gündəlik həyatında görür, qiymətləndirir, bəhrələnir. Təbiidir ki, ötən illərdə əldə olunmuş görkəmli uğurlardan hər bir sahə əməkdaşının deməyə kifayət qədər faktiki sözü var. Siyasətçinin də, elm, mədəniyyət, təhsil işçisinin də. Mən isə deyərdim ki, bu qayıdış milli mətbuatımızın da dirçəldilməsi, zəngin ənənələrinin bərpası və yaşadılması baxımından mediamız üçün son dərəcədə əhəmiyyətlidir. Milli mətbuatımızın 135 illik yubileyini qeyd etməyə hazırlaşdığımız indiki mərhələdə belə bəşəri xidmətlər daha qiymətli və əhəmiyyətli görünür. Ulu Öndər Heydər Əliyev ölkəmizdə söz və mətbuat azadlığını demokratikləşmənin, vətəndaş cəmiyyəti quruculuğunun başlıca şərtlərindən saydığından müstəqil mətbuatımızın inkişafı yolundakı bütün əngəllərin aradan qaldırılmasına daim sayğı ilə yanaşırdı. Müharibə şəraitində olan ölkədə senzuranın aradan qaldırılması, Mətbuat və İnformasiya Nazirliyinin ləğvi, medianın özünütənzimləmə mexanizminin əyani təmsilçisi sayılan Azərbaycan Mətbuat Şurasının bilavasitə jurnalistlərin özləri tərəfindən təsisi, mətbu nəşrlərə yardımlar, onların borclarının dondurulması, sonra isə ləğvi və medianın zəngin hüquqi bazası Heydər Əliyevin demokratik cəmiyyətə, bu qələm sahiblərinə əbədi yadigarıdır. Biz fəxr edirik ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənabları da eyni xətti davam və inkişaf etdirməkdədir. Onun milli mətbuatımızın 135 illiyinin ölkədə geniş qeyd olunması üçün imzaladığı sərəncam 15 iyun günü təməli qoyulan belə qayğının yeni əyani təcəssümü sayıla bilər. Hər kəs bilirdi ki, Azərbaycanı bu xaosdan ancaq Heydər Əliyev  qurtara bilər.

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı- Bahar Qurbanova

 

Laçında bütün lazımi şərait yaradılır

Mayın 27-28-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev növbəti dəfə 44 günlük Vətən müharibəsi zamanı azad edilən ərazilərə səfər edib. Bu dəfə ölkə başçısı Kəlbəcər və Laçın rayonlarında olub, bir sıra açılışlarda iştirak edib və görülən işlərin vəziyyəti ilə tanış olub. Belə ki, təkcə Laçın rayonunda olarkən Prezident cənab İlham Əliyev mayın 27-də “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kv-luq “Qorçu” və “Laçın” şəhər yarımstansiyalarının açılışında, rayonun Qorçu və Şəlvə kəndlərinin, Laçın şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməlqoyma mərasimlərində  iştirak edib, Laçın şəhərində Aqro və Sənaye Parkındakı işlər və Zabux kəndində aparılan tikinti işləri ilə tanış olub. Ertəsi gün Laçın şəhərində Heydər Əliyev, Zəfər və 28 May küçələrinin kəsişməsində, Xosrov bəy Sultanov və Zəngəzur küçələrinin kəsişməsində  istiqamət bildirən lövhələrin və “1 Dekabr” adı verilmiş küçədə lövhənin açılışını edib, İşğal və Zəfər Muzeyi Kompleksinin təməlinin qoyulması mərasimində iştirak edib, Prezidentə Laçın şəhərinin Baş planı təqdim olunub. Həmin gün Prezident İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim edib. Görüşdə çıxış edən ölkə başçısı bir sıra məqamlara toxunub. O, bildirib ki, cəmi 7-8 ay ərzində Laçının böyük hissəsi tamamilə yenidən qurulub. İlk 20 ailə artıq Laçında yerləşibdir və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək. Birinci mərhələdə Laçında 4 minə yaxın insan məskunlasaçaqdır. Bütövlükdə Laçında 7-8 ay ərzində 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırlanıbdır. Beləliklə, artıq 764 ailə Laçın şəhərində yaşaya bilərlər. Hazırda Laçında bütün lazımi şərait yaradılır. Hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun. Şəhərdə tibb məntəqəsi hazırlanır, yeni məktəb binası tikilir. Burada onlarla müəssisənin yaradılması nəzərdə tutulur. Artıq Aqro və Sənaye Parkı yaradılmaqdadır, Laçın şəhərində istehsalat, xidmət və tədris müəssisələrinin yaradılması, məşğulluğun artırılması istiqamətində işlər davam etdirilir. Laçında əhalinin məşğulluğunun təmin edilməsi üçün yaradılacaq müəssisələrdə 1169 nəfər işlə təmin olunacaq. Müəssisələr qida, sənaye, yaradıcılıq, tekstil, tədris, turizm və xidmət sahələrində fəaliyyət göstərəcək. Hazırda fəaliyyət göstərən 7 müəssisədə 226 Laçın sakini işlə təmin edilib. Qeyd edək ki, Aqro və Sənaye Parkında ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcək, onların da 80 faizinin bu il yay aylarının sonunadək işə başlayacağı nəzərdə tutulub. Ölkə başçısı bildirdi ki, mənfur düşmən 30 il bizim şəhər və kəndlərimizi dağıdıb, viran qoyub. Azərbaycan isə cəmi iki il yarım ərzində artıq keçmiş köçkünləri öz doğma yurdlarına qaytarıb. Cari ilin sentyabr ayına qədər Zabux kəndi də tamamilə inşa edilib zabuxluların sərəncamına veriləcəkdir.Prezident İlham Əliyev vurğuladı ki, cari ilin aprel ayında Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsini quraraq öz ərazi bütövlüyümüzü tam bərpa etdik. Sərhəd-buraxılış məntəqəsi son məntəqə idi ki, Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə və əks istiqamətə oradan nəzarətsiz hərəkət var idi. Hərəkət indi də var, amma tam nəzarət altındadır. Bir sözlə Azərbaycan öz əzəli torpaqlarının sahibi olduğunu hamıya bəyan etdi. Ümumilikdə, Laçının işğaldan azad olunması ilə ölkəmizin bu gözəl guşəsində həyat yenidən canlanacaq, insanlar öz yurdlarına qayıdacaq və böyük quruculuq işləri həyata keçiriləcək. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin qətiyyəti, hərbi qələbəni siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində Ağdam və Kəlbəcər kimi Laçın rayonunun da qan tökülmədən, şəhid verilmədən geri qaytarılması tarixi hadisədir.

 Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Məleykə Hümbətova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki