image-qanunla-reklam
image-90471eae5dea80c798b1bb0231bbeab3

Güclü yağış, qar gəlir – Şəhər əhalisinə XƏBƏRDARLIQ: “Evdən çıxanda diqqətli olun”

image-lady-day-az

İstanbulda dünən 18 dərəcə olan temperatur günortadan sonra soyuq və yağışlı hava ilə əvəzlənib. 

Musavat.com xəbər verir ki, rəsmi açıqlamalara görə, səhər saatlarından etibarən havanın temperaturunun 5 dərəcədən aşağı düşəcəyi və qış ayları ilə müqayisə edilə biləcək səviyyələrdə olacağı bildirilib.

Qeyd olunub ki, səhər saat 08.00-dan başlayaraq Avropa Yakasında, günorta saatlarından isə Boğaziçi və Anadolu Yakası boyunca leysan xarakterli yağışların yağacağı gözlənilir.

Şimal rayonlarında və şəhərin yüksək yerlərində arabir sulu qar müşahidə olunacağı bildirilib.

Açıqlamada qeyd edilib ki, fırtınalar, ani temperatur enişləri və leysan yağışlar nəticəsində yarana biləcək sel, nəqliyyatın axsaması, damların uçması və ağacların aşması kimi neqativlərə qarşı diqqətli olmaq vacibdir.

Səhər və günorta saatlarında yola çıxan İstanbul əhalisinə mövcud hava şəraitində diqqətli olmaları barədə xəbərdarlıq edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki