image-qanunla-reklam
image-gulesh

Güləşçimiz Avropa üçüncüsü oldu

image-lady-day-az

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

Qanunla.Az xəbər verir ki, 50 kq-da mübarizə aparan idmançı ukraynalı Oksana Livaçla qarşılaşıb.

Rəqibinə 10:4 hesabı ilə qalib gələn ikiqat dünya və yeddiqat Avropa çempionu adını finala yazdırıb.

Onun həlledici qarşılaşmadakı rəqibi Miqlena Selişka (Bolqarıstan) olacaq.

***

Sərbəst güləşçimiz Osman Nurməhəmmədov Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Çempionatda 92 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz ilk görüşdə alman idmançı Robin Ferdinand üzərində inamlı qələbə qazanıb. Dörddəbir finalda təmsilçimiz Bolqarıstan güləşçisi Axmed Maqamayevdən üstün olub. Yarımfinala yüksələn güləşçimiz Rusiya təmsilçisi Maqomed Kurbanova məğlub olub. Bürünc medal uğrunda görüşdə ukraynalı Andril Vlasovla qarşılaşan güləşçimiz xalçadan qalib ayrılıb və Avropa çempionatını üçüncü pillədə başa vurub.

Qeyd edək ki, daha əvvəl millimizin üzvlərindən Turan Bayramov (70 kq) gümüş, Əfqan Xaşalov (57 kq) və Əli Rəhimzadə (65 kq) isə bürünc medala sahib olublar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki