image-qanunla-reklam
image-modern-az-16-07-2021-1626420046

44 günlük Vətən mühribəsi milli iradə, milli ruh, milli ləyaqət təntənəsi idi

image-lady-day-az

44 günlük Vətən mühribəsi milli iradə, milli ruh, milli ləyaqət təntənəsi idi.

27 sentyabr günü müasir Azərbaycan tarixinin ən əlamətdar günüdür. Çünki ötən ilin həmin günü 30 illik işğalın, zülmün, haqsızlığın sona çatdırılacağı, Azərbaycan tarixinin dəyişəcəyi, xalqımızın “məğlub xalq” sindromundan qurtulacağı və milli ləyaqətimizin bərpa olunacağı Vətən müharibəsinin ilk günü idi. Bir il öncə həmin gün Azərbaycanın Ermənistanın növbəti hərbi təcavüzünə cavab olaraq başladığı genişmiqyaslı əks-hücum əməliyyatı daha sonra düşməni ərazilərimizdən çıxarmaq və onu sülhə məcbur etmək əməliyyatına çevrildi. 44 gün davam edən və Azərbaycanın qalibiyyəti ilə nəticələnən bu savaş tariximizə və dünya hərb tarixinə qızıl hərflərlə həkk olundu. Məlumdur ki, istisnasız olaraq hər zaman hücum edən tərəf müdafiə olunan tərəfdən daha çox itki verir. Amma Azərbaycanın haqq savaşı verdiyi 44 günlük müharibədə bu qanuna uyğunluq pozuldu. Ölkəmizin itkiləri əlverişli mövqedə olan, demək olar ki, bütün strateji yüksəkliklərdə qərarlaşmış Ermənistandan əhəmiyyətli dərəcədə az oldu. Azərbaycanın mükəmməl səviyyədə hazırlanmış hərbi planı, peşəkar ordusu, müasir hərbi texnikası və ən vacibi minimal insan itkisinə hesablanan siyasəti itkilərimizin minimum səviyyədə qalmasına gətirib çıxardı. Beləliklə, Cənubi Qafqazın ən güclü ordusu statusuna malik Azərbaycan Silahlı Qüvvələri öz gücünü bu müharibədə tam olaraq sübuta yetirdi. Bu gün Azərbaycan artıq şanlı zəfəri ilə nəticələnən 44 günlük Vətən müharibəsinin başladığı 27 sentyabr tarixinin birinci il dönümünü qeyd edir. Ötən ilin 2 dekabr tarixində 27 sentyabr günü ölkə başçımızın Sərəncamı ilə “Anım Günü” olaraq təsis edildi. 27 Sentyabr-Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. 27 sentyabr respublikamızın bütün şəhər və rayonlarında, o cümlədən azad edilmiş ərazilərimizdə anım mərasimləri keçirildi, xalqımız şəhidlərimizin əziz xatirəsini qürurla yad etdi. Bununla yanaşı, Anım Günü ilə bağlı respublikamızın 76 şəhər və rayonunda ümumilikdə 58 min 109 ağac əkilmiş, görkəmli binalarımızda- daha dəqiq “Alov qüllələri” və Heydər Əliyev Mərkəzinin binasında Azərbaycan bayrağı işıqlandırılmış, Bakı şəhəri-Neftçilər prospektində Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə yürüş  keçirilmiş daha sonra  Prezident İlham Əliyev tərəfindən Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin əsası qoyulmuş, gün ərzində şəhidlərimizin əziz xatirəsi Azərbaycanda fəaliyyət göstərən dini məbədlərdə dərin ehtiramla yad edilmiş, yerli vaxtla saat 12:00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.

Həqiqət Həziyeva,
Saatlı rayon Mərkəzi Kitabxana Sisteminin direktor əvəzi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki