image-qanunla-reklam
image-d3d276e6-919a-3e7f-8ddc-a4e316db8e3d_850

Gürcü politoloq: “Azərbaycanın Qələbəsi bölgədəki separatçıları böyük qorxuya salıb”

image-lady-day-az

“Azərbaycan 30 ilə yaxın dövrdə Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində böyük səylər göstərdi, lakin heç bir nəticə əldə olunmadı”.

Qanunla.az  xəbər verir ki, bunu Yaxın Şərq və Qafqaz İnstitutunun direktoru Vasili Papava Tbilisidə keçirilən “Regionda gənclərin və medianın sülhə dəstəyi” adlı forumda müzakirələr zamanı deyib.

Siyasi təhlilçinin sözlərinə görə, bu dövr ərzində Azərbaycan böyük səbr nümayiş etdirdi: “Qonşu ölkəmiz uyğun geosiyasi vəziyyətin yetişməsini gözlədi və işğalda saxlanılan ərazilərinin azadlığı uğrunda müharibəyə başladı. Azərbaycan xalqı da Vətən müharibəsinə hazır idi”.

V.Papava qeyd edib ki, Azərbaycanın Qələbəsi bölgədəki separatçıları böyük qorxuya salıb: “Separatçı qüvvələr də gördü ki, haqq-ədalət gec-tez bərpa olunur və onlar məqsədlərinə nail ola bilmirlər. Gürcüstan Azərbaycandan örnək götürməli, ölkə daxilində və beynəlxalq aləmdə işğal mövzusunun unudulmasına imkan verməməlidir”.

O, müharibə dövründə Azərbaycan mediasının fəaliyyətini yüksək qiymətləndirərək vurğulayıb ki, mətbuat funksiyasını vahid və birləşmiş formada həyata keçirirdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki