image-qanunla-reklam
image-1728243600-photo_594109

Gürcüstan ABŞ-ın ştatı deyil – Papuaşvili

image-lady-day-az

Ölkəmiz ingiliscə “Georgia” adlansa da, biz ABŞ-ın ştatı deyilik.

Qanunla.Az report-a istinadən xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib. O, ABŞ-ın Gürcüstan vətəndaşlarına qarşı tətbiq etdiyi sanksiyalar haqqında danışıb.

“Kənardan heç kim Gürcüstanın daxili işlərinə ədalət nöqteyi-nəzərindən müdaxilə edə bilməz. Əgər onların hansısa Gürcüstan vətəndaşı ilə bağlı iddiaları, sübutları varsa, onları təqdim etməlidirlər. Lakin bunu edə bilmirlər. Buna görə də bu qərar tamamilə özbaşına və əsassızdır,” – Şalva Papuaşvili deyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki