image-qanunla-reklam
image-62f2f6d2-303f-38ab-a34f-323dfb8f3029_850

Gürcüstan Prezidenti Saakaşvilinin əfv olunması ilə bağlı mövqeyini açıqlayıb

image-lady-day-az

“Keçmiş prezidentin əfvi ilə bağlı mövqeyim dəyişməz və qəti olaraq qalır – xeyr və heç vaxt”.

Bunu Gürcüstan Prezidenti Salome Zurabişvili keçirdiyi xüsusi brifinqdə deyib.

Onun sözlərinə görə, sabiq dövlət başçısı Gürcüstana qanunsuz gəlib və məqsədi ölkədə qeyri-sabitlik yaratmaq olub: “Mən bu məsələyə bir daha qayıtmayacağam”.

Qeyd edək ki, qonşu ölkənin üçüncü prezidenti Mixeil Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. Rustavidə 12 saylı həbsxanada olan siyasətçi artıq 34-cü gündür aclıq aksiyası keçirir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki