image-970_50
image-gurcu-polis

Gürcüstanda azərbaycanlı həyat yoldaşını öldürdü

image-728_90

Gürcüstanın Bolnisi rayonunun azərbaycanlıların yaşadığı Naxiduri (Arıxlı) kəndində qətl hadisəsi olub.

Qanunla.Az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqla müəyyən edilib ki, iyunun 12-də 1971-ci il təvəllüdlü R.M. adlı şəxs mübahisə zəminində 40 yaşlı həyat yoldaşına fiziki təzyiq göstərib və nəticədə qadın huşunu itirib. O, xəstəxanaya çatdırılana qədər dünyasını dəyişib.

Qətli törədən şəxs “isti izlər”lə saxlanılıb.

Faktla bağlı ailə üzvünə ölümlə nəticələnən qəsdən ağır xəsarətlər yetirmə maddəsi üzrə istintaq aparılır. Saxlanılan şəxsi 6 ildən 9 ilədək həbs cəsazı gözləyir.

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki