image-qanunla-reklam
image-georgia

Gürcüstanda koronanın üçüncü dalğası rəsmən başladı

image-lady-day-az

Gürcüstanda koronavirus epidemiyasının üçüncü dalğasının ilk mərhələsi artıq başlayıb.

Qanunla.Az xəbər verir ki, bu barədə qonşu ölkənin səhiyyə naziri Yekaterina Tikaradze məlumat yayıb.

Nazir əhalini mütəxəssislərin tövsiyələrini yerinə yetirməyə çağırıb:

“Bəlkə epidemioloqlar artıq üçüncü dalğanın başladığını rəsmən elan edəcəklər. Məhz bu əsasda vətəndaşlarımızı bu mərhələdə görülən tədbirləri görməzdən gəlməməyə çağırırıq”.

Eyni zamanda, Tikaradze koronavirusla effektiv mübarizə aparmaq üçün hərtərəfli tədbirlərin görülməsinin vacib olduğunu bildirib. O, kütləvi vaksinasiyanın vacib olduğunu vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki