image-qanunla-reklam
image-tbilisi

Gürcüstanda kütləvi toplantılarda iştirak qaydası sərtləşdirilir

image-lady-day-az

Gürcüstanda treninq, konfrans və seminarlarda iştiraka öncədən aparılan PCR testin mənfi nəticəsini təsdiqləyən arayışı təqdim edən şəxslər buraxılacaqlar.

Qanunla.Az Report-a istinadən xəbər verir ki, bu, Gürcüstan hökumətinin izolyasiya və karantin qaydalarına edilən düzəlişlərdə əks olunub.

Sənədə əsasən, yaşı 18-dək olan yeniyetmələr üçün idman turnirləri və məşqlərin keçirilməsinə icazə yalnız bütün iştirakçıların qeyd olunan arayışı əsasında icazə veriləcək.

Təşkilati formasından və yerindən asılı olmayaraq düşərgə tipli toplantılar qadağan edilib.

Düzəlişlər iyulun 19-da qüvvəyə minəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki